Bəşəriyyətin sonunu gətirəcək “Qiyamət saatı”nın vaxtı açıqlandı

28.01.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Nüvə alimləri dünyanın sonunu gətircək  “Qiyamət saatı”nın vaxtını yeniləyiblər. Onların fikrincə, nüvə təhdidləri və süni intellektin riskləri bəşəriyyət in sonunu gətirib çıxara bilər. 

Ölkə.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Çikaqo Universitetində "Atom Elmləri Bülleteni” jurnalının redaksiya heyəti tərəfindən hazırlanan məqalədə əksini tapıb.
Alimlər “Qiyamət saatı”nın vaxtının irəli çəkməsinin səbəbləri kimi nüvə gücləri olan Rusiya, Çin və ABŞ-ın getdikcə daha aqressiv mövqelərini, Ukrayna və Yaxın Şərqdəki münaqişələri və süni intellektlə bağlı narahatlıqları göstəriblər.

Alimlər yaxınlaşan nüvə apokalipsisinin  səbəblərindən biri kimi  də süni intellektin hərbi sistemlərə nəzarətsiz inteqrasiyasının, eyni zamanda sui-istifadəsindən yarana biləcək bioloji təhdidlərə və qlobal miqyasda dezinformasiyanın yayılmasındakı potensial rolu ilə əlaqəli riskləri  də göstəriblər. 

ABŞ və Rusiya arasında qalan son nüvə razılaşması olan Yeni START müqaviləsinin müddəti fevralın 5-də başa çatacaq. Sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin hər iki tərəfin yerləşdirilən nüvə başlıqlarının sayını 1550 ilə məhdudlaşdıran müqavilənin şərtlərini daha bir il uzatmağa hazır olduğunu açıqlayıb. ABŞ Prezidenti Tramp hələlik bu təklifə rəsmi cavab verməyib.

Oktyabr ayında ABŞ Prezidenti Tramp ABŞ ordusuna 30 ildən çox müddət ərzində ilk dəfə nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdi. Şimali Koreyanın 2017-ci il sınağından başqa, heç bir nüvə gücü  25 ildən artıqdır ki, nüvə silahı sınaqları keçirməyib.

1947-ci ildə gecə yarısına 7 dəqiqə qalmış “Qiyamət saatı” o vaxtdan bəri səkkiz dəfə geri və 18 dəfə irəli çəkilib. Nüvə apokalipsisini simvolizə edən gecə yarısından ən uzaq məsafə 1991-ci ildə 17 dəqiqə, ən yaxın nöqtə isə hazırda 85 saniyə olub. Alimlərin  müdaxiləsi nəticəsində saat son dörd ildə üçüncü dəfə gecə yarısına yaxınlaşmaq üçün yenidən tənzimlənib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью