Beşiktaş 1 ci liqa klubuna uduzdu

27.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Martın 29-da ''Qalatasaray''a qarşı keçirəcəyi derbiyə hazırlığı davam etdirən ''Beşiktaş'' yoxlama oyununda qüvvəsini sınayıb.
''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi doğma ''Nevzat Dəmir'' bazasındakı məşq meydançasında 1-ci liqa təmsilçisi ''İstanbulspor''la qarşılaşıb.
Yığma üzvlərinin iştirak etmədiyi oyunda ''Qartal'' meydana bu ''11-lik''lə çıxıb: Ərsin Destanoğlu, Onur Bulut, Paulista, Tayyip Sanuç, Oksleyd-Çemberleyn, Haciahmetoviç, Salih Uçan, Rikardo, Mario, Rafa Silva, İmmobile.
Oyun hər baxımdan ''ağ-qaralar'' üçün uğursuz alınıb. Komanda gözlənilmədən 1:3 hesabı ilə məğlub olub. ''Beşiktaş''ın yeganə qolunu 50-ci dəqiqədə künc zərbəsi zamanı hücuma qoşulan mərkəz müdafiəçisi Qabriel Paulista vurub. Bundan başqa Solksyaerin komandasında iki futbolçu zədələnib. Oyuna sol müdafiəçi kimi başlayan Oksleyd-Çemberleyn hələ ilk yarıda əvəzlənibsə, Rafa Silva 64-cü dəqiqədə zədə alaraq oyuna davam edə bilməyib.
Qışda komandaya cəlb olunan yeni transfer Elan Rikardo isə 90 dəqiqə meydanda olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью