Beşiktaş 10 nəfər qalan rəqibinə uduzub

11.03.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bu gün Türkiyə Super Liqasının 27-ci turunda "Qaziantep FK"nı qəbul edən "Beşiktaş" gözlənilməz nəticə ilə meydandan ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk hissəni 1-0 öndə tamamlayan İstanbul klubu meydandan 2-1 məğlub ayrılıb. 

Bu nəticə ilə Solskjaerin rəhbərliyi altında ilk dəfə məğlub olan "qara qartallar"ın liqada 9 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Onu da qeyd edək ki, "Qaziantep FK"nin futbolçusu Bruno Viana 77-ci dəqiqədə ikinci sarı kartla meydandan qovulub.

Lakin "Beşiktaş" 10 nəfər qalan rəqibinin qapısına yenə yol tapa bilməyib.

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью