Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. Türkiyə Superliqasında 18-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilin ilk oyun günündə 2 matç keçirilib. “Alanyaspor” öz meydanında “Konyaspor”u məğlub edib.
Səfərdə “Rizespor”la qarşılaşan “Beşiktaş” isə 1 xalla kifayətlənib.
“Alanyaspor” - “Konyaspor” - 2:1 Qollar: Qaius Makouta, 9 (1:0), Serjio Kordova, 54 (2:0), Blaz Kramer, 90+7 (2:1) “Rizespor” - “Beşiktaş” - 1:1 Qollar: Gedson Fernandeş, 38-avtoqol (1:0), Ernest Muci, 45+3 (1:1) Bu nəticələrdən sonra “Beşiktaş” 27 xalla 5-ci, “Alanyaspor” 21 xalla 9-cu, eyni xala malik “Rizespor” 11-ci, “Konyaspor” isə 20 xalla 13-cü pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.