Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Beşiktaş" klubunda kapitan Orkun Kökçünün UEFA Avropa Liqasının əsas mərhələsinin I turunda meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Milli.Az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
Fransanın "Marsel" komandası ilə qarşılaşmaya hazırlaşan "Beşiktaş"da Orkun Kökçünün ayaq barmağında problem aşkarlanıb. Yarımmüdafiəçinin vəziyyətinə sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, "ağ-qaralar"ın digər futbolçusu Leandro Trossard da zədə səbəbindən "Marsel"lə oyunda iştirak etməyəcək.
"Beşiktaş" - "Marsel" qarşılaşması sentyabrın 17-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)