Beşiktaş Alemdarla anlaşır

07.07.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Mövsümöncəsi hazırlıqlarını Slovakiyadakı təlim-məşq toplanışında davam etdirən "Beşiktaş" transfer fəaliyyətləri də həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, "Ağ-qaralar" "Başakşehir"dən 23 yaşlı qapıçı Doğan Alemdarı heyətinə qatmağa hazırlaşır. Məlumata görə, Alemdar hazırda narıncı-mavi komandanın xarici təlim-məşq toplanışındadır.

Məsələ ilə bağlı "Ağ-qaralar" açıqlama yayıb:

"Klub və özü ilə prinsipial razılığa gəldiyimiz peşəkar futbolçu Doğan Alemdar tibbi müayinədən keçmək və transfer prosesinin tamamlanması üçün bu axşam İstanbula gələcək”.

Murad Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью