“Beşiktaş” Almaniya millisinin forvardını istəyir

23.04.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

İngiltərə Premyer Liqası təmsilçilərindən “Vest Hem”in forvardı Niklas Füllkruq karyerasını Türkiyədə davam etdirə bilər.

Füllkruq Super Liqaya keçir?

Apasport.az xəbər verir ki, hücumçu ilə “Beşiktaş” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, “qara-qartallar”ın baş məşqçisi Ole-Qunnar Sulşer oyunçunu bəyənir və komandasında görmək istəyir.

32 yaşlı futbolçunun özü də Premyer Liqa təmsilçisindən ayrılmağa müsbət yanaşır.

Xatırladaq ki, Füllkruq ötən il “Vest Hem”ə “Borussiya Dortmund”dan 27 milyon avro qarşılığında transfer olunmuşdu.

Füllkruqun 2024-25 mövsümündəki statistikası

Almaniya millisinin üzvü bu mövsüm komandasının heyətində iştirak etdiyi 15 rəsmi matçda 3 qol, 2 assistlə yadda qalıb.

Müller İtaliya klubunun təklifini rədd edib Vinisius 2 illik cəza ala bilər "Qalatasaray" "Konyaspor"u darmadağın edib - VİDEO İCMAL PSJ Avropanın top-5 liqasında bunu bacaran yeganə klubdur Sabiq “Arsenal”lı Çempionşip klubuna rəhbərlik edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью