“Beşiktaş” “Arsenal”ın futbolçusunu transfer etmək istəyir

21.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün heyətinə məşhur futbolçu cəlb etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Arsenal"da çıxış edən Jorjinyo ilə maraqlanır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qara qartallar" gələn ilin yayında İngiltərə klubu ilə müqaviləsi başa çatan və azad agent statusunda olacaq italiyalı yarımmüdafiəçiyə sərfəli müqavilə şərtləri təklif edəcək.
Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью