Beşiktaş Atletik oyununun hakimləri

20.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Beşiktaş"ın (Türkiyə) Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda "Atletik"ə (Bilbao, İspaniya) qarşı keçirəcəyi matç üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Oyun Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Xulian Veinberqer olacaq. Ona yan xətt hakimləri qismində Andreas Heydenreyx və Maksimilian Kolbitşx köməklik göstərəcəklər. Dördüncü hakim fünksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR Manuel Şxutenqruberə, AVAR isə Alan Kiyasa həvalə olunub.

Yanvarın 22-də, İstanbuldakı "Beşiktaş Stadium"da keçiriləcək "Beşiktaş" - "Atletik" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью