Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyənin "Beşiktaş" komandası ciddi itki ilə üzləşib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı hücumçu Duşan Vlahoviçin mədəsində problem yaranıb.
26 yaşlı futbolçu Avropa Liqasının əsas mərhələsinin II turunda Almaniya təmsilçisi “Hoffenhaym”a qarşı matçı buraxacaq.
Oktyabrın 15-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.