Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Beşiktaş" yanvar transfer pəncərəsi üçün hazırlıqlarını davam etdirərkən, klub prioritet olaraq yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" yay transfer pəncərəsində də maraq göstərdikləri "Nyukasl"ın oyunçusu Co Villoku heyətinə qatmaq istəyirlər.
İnformasiyanı "Fotomaç" yayıb.
"Beşiktaş"ın prezidenti Serdal Adalı ingilis futbolçunun xüsusilə baş məşqçi Vinçenzo İtalyano tərəfindən istənildiyini bildirib və Villokla bağlı əvvəllər geniş danışıqlar apardıqlarını qeyd edib.
Adalı, "Nyukasl" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yanvar ayında yenidən cəhd edəcəklərini açıqlayıb.
Həmçinin qeyd olunub ki, "Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin də "Beşiktaş"ın transfer siyahısındakı digər namizədlərdən biridir.
Bu mövsüm Co Villok "Nyukasl"ın heyətində Premyer Liqada keçirdiyi 5 oyunda 2 qol vurub və İngiltərə Liqa Kubokunda isə 2 matçda 1 dəfə fərqlənib.
Əlisahib İbrahimli