Beşiktaş baş məşqçi ilə yolları ayırdı

30.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyənin "Beşiktaş" komandası baş məşqçisi Ciovanni van Bronkhorstla yollarını ayırıb.

Axar.az xəbər verir ki, İstanbul nəhəngi niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, komandanın bugünkü məşqində iştirak etməyib.

50 yaşlı çalışdırıcı bu ilin iyun ayında “qara qartallar”ın çalışdırıcısı təyin olunmuşdu.

Qeyd edək ki, “Beşiktaş” Ciovanni van Bronkhorstun rəhbərliyi altında bu mövsüm Superliqada 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью