Beşiktaş baş məşqçi postuna sabiq çalışdırıcını gətirmək niyyətindədir

28.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin "Beşiktaş" klubunun rəsmiləri baş məşqçi postuna ilk namizədin Sergen Yalçın olduğunu bildiriblər.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "qara qartallar"ın prezidentliyinə namizəd olan Hüseyin Yücel Sergen Yalçınla danışıqlara başladıqlarını və təcrübəli mütəxəssislə razılaşmaq istədiklərini bildirib.

Qeyd edək ki, Sergen Yalçın sonuncu dəfə "Antalyaspor" klubunu çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью