“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırıb AZƏRTAC

30.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Türkiyənin "Beşiktaş" komandası baş məşqçisi Ciovanni van Bronkhorstla yollarını ayırıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhəngi niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, komandanın bugünkü məşqində iştirak etməyib.

50 yaşlı çalışdırıcı bu ilin iyun ayında “qara qartallar”ın çalışdırıcısı təyin olunmuşdu.

Qeyd edək ki, “Beşiktaş” Ciovanni van Bronkhorstun rəhbərliyi altında bu mövsüm Superliqada 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью