Beşiktaş bu gün norveçli mütəxəssisi ictimaiyyətə təqdim edəcək

17.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer "Beşiktaş"ın "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano xəbər paylaşıb.

Onun sözlərinə görə, Norveçli mütəxəssisin bu gün İstanbulda olacağı bildirilib. 51 yaşlı məşqçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanacaq.

Qeyd edək ki, norveçli mütəxəssis karyerası ərzində İngiltərə klubu ilə yanaşı, "Mölde" və "Kardif"i çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью