Beşiktaş bu mövsüm böyük oyunların kralıdı | Icma.az
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. ''Beşiktaş'' bu mövsüm qəribə qrafik cızmaqda davam edir.
''Football-plus.az'' xəbər verir ki, komanda ölkə çempionatında çempionluq mübarizəsindən çoxdan çəkilib.
Eləcə də Avropa Liqasında da pley-offdan kənar qalaraq mübarizəni çoxdan dayandırıb.
''Ağ-qaralar''ın yalnız ölkə kubokunda iddiası davam edir. İstanbul nəhəngi superliqada iddiasız rəqiblərlə oyunlarda tez-tez büdrədiyi üçün
Amma komanda ciddi rəqiblərlə oyunlarda sanki fərqli simaya bürünür.
''Qalatasaray'' üzərində qazanılan 2:1-lik qələbə bu mövzunu yenidən aktuallaşdırdı.
Təkcə bir faktı vurğulayaq ki, ''Beşiktaş'' bu mövsüm superliqada ilk ''5-lik''də yer alan klublara qarşı oyunlarda ən çox xal toplayan kollektivdi!
''Qartal'' bu cür rəqiblərə qarşı keçirdiyi 7 oyundan 5 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılaraq 16 xal toplayıb!
Tam oxu
Xəbəri oxu