Beşiktaş Çelsi nin müdafiəçisini transfer etmək istəyir

06.12.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Beşiktaş"da qış transfer pəncərəsi üçün hazırlıqlar rəsmi olaraq başlayıb.

Sportal.az xəbər verir ki, futbol A komandasının koordinatoru Serkan Reçber siyahıda yer alan futbolçularla bağlı danışıqlar aparmaq üçün xaricə yollanıb.

"Qara-ağlılar" ediləcək transferlərdə sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və yarımmüdafiə xəttinə üstünlük verəcək. “Ağ-qaralar”ın mərkəz müdafiəçisi namizədləri arasında “Çelsi”nin oyunçusu Aksel Disasi də yer alır.

Yay transfer dönəmində də "Beşiktaş"ın gündəmində olan Disasi “Çelsi”də kifayət qədər şans əldə etmədiyi üçün komandadan ayrılmaq istəyir.

“Çelsi”nin heyətində 61 matça çıxan 27 yaşlı müdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçunun müqaviləsi 2029-cu ildə başa çatır.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью