“Beşiktaş” Cengizi birdəfəlik alır

20.10.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Beşiktaş” klubu komandada icarə əsasında çıxış edən Cengiz Ünderin transfer hüquqlarına yiyələnmək qərarına gəlib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” 28 yaşlı vinger üçün 6 milyon avroluq satınalma bəndini işə salacaq. 

Xəbərdə bildirilir ki, baş məşqçi Sergen Yılçın futbolçunun oyunundan razıdır və onu komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, Cengiz Ünder sentyabrda “Fənərbaxça”dan “Beşiktaş”a icarə əsasında qoşulub. O, komandanın heyətində 6 rəsmi oyuna çıxaraq 2 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью