Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Genk” kollektivində çıxış edən Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə danışıqlar aparır.
Tərəflərin tezliklə anlaşacağı və 25 yaşlı hücumçunun İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, O Hön Qü 2024-cü ildən “Genk” klubunda çıxış edir.