Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Beşiktaş" İtalyan futbolçu Cher Ndour ilə qarşılıqlı anlaşma əsasında yollarını ayırdığını açıqladı.
Redaktor.az xəbər verir ki, klubun rəsmi sosial media hesabında yayımlanan açıqlamada bildirilib:
“2024-2025 mövsümünün əvvəlində heyətimizə qatılan Cher Ndour ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Ona klubumuza verdiyi töhfələrə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq".
Beşiktaşın mövsüm əvvəlində Fransanın Paris Sen-Jermen (PSJ) klubundan icarəyə götürdüyü 20 yaşlı yarımmüdafiəçi bu mövsüm 22 matçda çıxış edərək 1 qol və 2 asistlə yadda qalıb.
Kənan YUSİF