Beşiktaş cinah oyunçusu alıb Sabah İstanbula gəlir

07.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Beşiktaş" "İndependiente"də çıxış edən 18 yaşlı cinah oyunçusu Keny Arroyonu heyətinə qatdığını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ağ-qaralı komanda məlumat yayıb.

Məlumatda deyilir: “Keny Alexander Arroyo Alvarado transferi üçün futbolçunun klubu və özü ilə razılıq əldə olunub. Keny Arroyo tibbi müayinədən keçmək və transfer danışıqlarını başa çatdırmaq üçün 8 fevral şənbə günü İstanbula gələcək.

Xatırladaq ki, Arroyo bu mövsüm "İndependiente"də 37 oyuna çıxıb 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью