“Beşiktaş” “ÇSKA” matçında dava düşüb

08.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Beleç şəhərində keçirilən “Gloria Cup” turniri çərçivəsində keçirilən “Beşiktaş” və “ÇSKA” ( Moskva) oyununda basketbolçular arasında dava düşüb.

İdman.Biz xəbər verir ki, 80:57 hesabı ilə “Beşiktaş”ın qələbəsi ilə başa çatan görüşün dördüncü hissəsinin ortalarında “ÇSKA”nın basketbolçusu İvan Uxovla Türkiyə klubunun hücumçusu Yucin Omoruyi arasında münaqişə yaranıb.

Omoruyi Uxovu sifətindən itələyib. Rusiyalı basketbolçu isə buna zərbə ilə cavab verib. Toqquşma bir neçə saniyə davam edib. Hakimlər və komanda yoldaşları basketbolçuları sakitləşdiriblər.

Nəticədə insidentin hər iki iştirakçısı meydandan qovulub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью