Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, istanbul təmsilçisinin hücumçusu El Bilal Ture sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardın sol bud əzələsində qanaxma və yırtıq (biseps bud əzələsi) aşkarlanıb. Malili oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, hücumçu ötən gün Türkiyə Super Liqasının XXII tur çərçivəsində "Başakşəhər"lə keçirilən matçda (2:3) zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, "Beşiktaş" El Bilal Tureni bu ilin avqust ayında "Atalanta"dan icarəyə götürüb.
“Tottenhem”in kapitanı PSJ-nin hədəfində “Samsunspor”un yeni baş məşqçisi bəlli olub Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb İqor Tudor rəsmən ”Tottenhem”də Günün canlı yayımlanacaq matçları - TV AFİŞA