Icma.az bildirir, Apasport portalına istinadən.
“Beşiktaş” iki futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu müqaviləsi başa çatan Salih Uçanın komandadan ayrıldığını açıqlayıb.
2021/2022 mövsümündən “Beşiktaş”da çıxış edən yarımmüdafiəçi bu müddətdə komanda ilə 1 dəfə Türkiyə Kuboku, 2 dəfə isə Superkubok qazanıb. Klub Salihə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
“Qara qartallar” həmçinin “İnter”dən icarəyə götürülən Kristyan Asllani ilə də vidalaşıb. Onun icarə müqaviləsi başa çatıb.
Qeyd edək ki, Asllani “Beşiktaş”ın heyətində 17 rəsmi matça çıxıb. Bunlardan 14-ü Super Liqa, 3-ü Türkiyə Kuboku görüşü olub. Yarımmüdafiəçi Super Liqada 2 qol vurub.
Bundesliqadan La Liqaya - RƏSMİ Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ A Seriyası klubunda ayrılıq - RƏSMİ DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ