Beşiktaş daha bir futbolçusunu Rusiya klubuna satdı

28.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyə nəhənglərindən olan "Beşiktaş" Baxtiyar Zaynutdinovu Rusiyanın "Dinamo Moskva" klubuna satıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu üçün "Beşiktaş"a 2.8 milyon avro ödəniş edilib.

Xatırladaq ki, "Beşiktaş" Baxtiyar Zaynutdinov üçün "ÇSKA Moskva" klubuna 4.5 milyon avro ödəmişdi. Zaynutdinov "Beşiktaş" forması ilə çıxdığı 44 oyunda cəmi bir qolla yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" Jedson Fernandeşi də Rusiyanın "Spartak Moskva" klubuna satıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью