Beşiktaş dan ayrılan qapıçı ərəblərlə anlaşdı

13.07.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Beşiktaş"dan ayrılan Ersin Destanoğlunun yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, türkiyəli qolkiper karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Destanoğlu "Əl-Cəzirə" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ersin Destanoğlu 2025/26 mövsümündə "Beşiktaş"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda qapısında 34 qol görüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью