Beşiktaş dan ayrılan yarımmüdafiəçi ərəb ölkəsinə üz tutdu RƏSMİ

29.08.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter"in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-Cəzirə" albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Albaniya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью