Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Beşiktaş” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in futbolçusu Matteys de Liqtin xidmətində maraqlıdır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan niderlandlı müdafiəçi “qırmızı şeytanlar”ın heyətində müntəzəm oynamaq şansı qazanmaqda çətinlik çəkir.
Premyer Liqa təmsilçisi müdafiə xəttinə yeni transferlər reallaşdıracağı təqdirdə 27 yaşlı futbolçunun ayrılmasına müsbət yanaşa bilər.
“Beşiktaş” rəhbərliyinin yaxın günlərdə İngiltərə klubu ilə rəsmi danışıqlara başlaması gözlənilir.
Qeyd edək ki, Matteys de Liqt 2024-cü ildən “Mançester Yunayted”də çıxış edir.
Suares: “Yamalı Messi ilə müqayisə etmək düzgün deyil” Arda Gülər daha 6 il "Real"da - RƏSMİ Skaloni: “Messinin bunu anlaması hamı üçün nümunədir” Dünya və Avropa çempionu butslarını mismardan asdı “Qalatasaray” fransalı müdafiəçisi ilə yollarını ayıra bilər