“Beşiktaş” doğma meydanda xal itirdi

09.02.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə Türkiyə Superliqasında XX turun daha bir oyunu keçirilib.

Moderator.az xəbər verir ki, "Beşiktaş" öz meydanında "Alanyaspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində qolları Ozancan Kökçü və yeni transfer O Hön Qü vurublar. Qonaqlardan isə Güvən Yalçın fərqlənib.

Bu nəticə ilə xallarını 37-yə çatdıran "Beşiktaş" 5-ci pillədə yer alıb. "Alanyaspor" isə 23 xalla 10-cudur.

Qeyd edək ki, tura fevralın 9-da keçiriləcək 3 oyunla yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью