Beşiktaş düşdüyü bataqlıqdan xilas ola bilmir

03.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyənin "Beşiktaş" klubu futbolçuların maaşları da daxil olmaqla Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) olan 50 milyon avroluq borcunu ödəməyəcəyi təqdirdə Avrokuboklardan uzaqlaşdırılacaq.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "qara-ağlar" yanvar ayınadək futbolçuların maaşlarını ödəməli, UEFA-ya olan 50 milyon avroluq borcunu bağlamalıdırlar.

Əks halda, "Beşiktaş" klubu Avrokuboklardan birdəfəlik uzaqlaşdırılacaq.

Qeyd edək ki, "Beşiktaş" 2013-cü ildə də eyni vəziyyətlə üzləşib və Avrokuboklardan uzaqlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью