“Beşiktaş” “Fənərbağça”nı məğlub etdi KONKRET

07.12.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Türkiyə Superliqasında XV turun mərkəzi oyunu keçirilib.

KONKRET.az  xəbər verir ki, prinsipial görüşdə “Beşiktaş” və “Fənərbağça” komandaları üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda reallaşan İstanbul derbisi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Çiro İmmobile vurub.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Beşiktaş” 4-cü pilləyə yüksəlib. “Fənərbağça” isə 32 xalla 2-ci yerdə qalıb.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью