Beşiktaş Fənərbaxça nın futbolçusu ilə danışıqlara başladı

08.06.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fənərbaxça" ilə müqaviləsi başa çatan Brayt Osayi-Samuel İstanbulda klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" əzəli rəqibinin oyunçusunu heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qara qartallar" "Fənərbaxça"nın yeni müqavilə təklifini qəbul etməyən nigeriyalı sağ cinah müdafiəçisi ilə danışıqlara başlayıb. Gələn ay azadd agent statusunda olacaq 27 yaşlı futbolçu "Beşiktaş"dan illik 2,5 milyon avro maaş, 1 milyon avro imza pulu tələb edib.

Qeyd edək ki, Brayt Osayi-Samuel 2021-ci ilin yanvar ayından "Fənərbaxça"da çıxış  edir. Nigeriya millisinin üzvü başa çatan mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda  2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью