“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

07.12.2024

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasında XV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

"Beşiktaş" "Fənərbaxça"nı qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib.

"Qara qartallar" minimalhesablı qələbəyə seviniblər. 73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.

Qeyd edək ki, xallarının sayını 25-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Fənərbaxça" isə 32 xalla ikinci sıradadır.

Türkiyə Super Liqası
XV tur
"Beşiktaş" - "Fənərbaxça" 1:0
Qol:
Aleks-Oksleyd Çamberlayn, 73

“Fənərbaxça”da ciddi itki “Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü Derbi öncəsi "Beşiktaş"da ciddi itkilər "Fənərbaxça"dan tarixi qərar: Kubokdan imtina edirlər Ronaldo: “Messinyo" tezliklə dünya ulduzuna çevriləcək"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью