“Beşiktaş” “Hapoel Beer Şeva” ilə Gürcüstanda qarşılaşacaq

30.10.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin “Beşiktaş” futbol klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə keçirəcəyi qarşılaşmanın yeri dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Beşiktaş” JK rəsmi məlumat yayıb.

Məlumata görə, mübarizə noyabrın 26-da Gürcüstanın Batumi şəhərində yerləşən “Batumi Stadium”da baş tutacaq. Qarşılaşma azarkeşlərin iştirakı üçün açıq olacaq.

Klubdan bildirilib ki, bilet satışı ilə bağlı təfərrüatlı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью