“Beşiktaş” hesabı açdı YENİLƏNİR

27.11.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq.

İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edəcək.

“Beşiktaş” Liqa mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Türkiyə klubu indiyədək 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.

“Hapoel Beer-Şeva” isə 4 qarşılaşmada cəmi 1 xal əldə edib və 33-cü yerdədir. İsrail təmsilçisi 1 heç-heçə və 3 məğlubiyyətlə üzləşib.

Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçiriləcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşmanın əvvəlcə İstanbulda keçirilməsi nəzərdə tutulsa da, təhlükəsizlik səbəbindən UEFA-nın qərarı ilə Gürcüstana köçürülüb.

UEFA Avropa Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

21:45. “Beşiktaş” – “Hapoel Beer-Şeva” 1:0

Baş hakim: Morten Kroq (Danimarka)

Stadion: “Batumi Stadium” (Batumi, Gürcüstan)

ÇL: Həftənin ən yaxşısı bəlli oldu Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu ÇL-da son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” neçəncidir? – FOTO ÇL: “Bavariya” uduzdu, PSJ xal itirdi - YENİLƏNİB ÇL: “Fənərbaxça” Londonda “Şaxtyor”u məğlub etdi - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью