Beşiktaş ın 10 dan çox azarkeşi saxlanılıb

27.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Avropa Liqası çərçivəsində İsrailin "Hapoel Beer-Şeva" komandasını Gürcüstanda qəbul edən "Beşiktaş"ın azarkeşləri tribunada Fələstin bayrağı açıblar. Bundan sonra polis müdaxilə edib.

“Yeni Sabah” "Haber Global" telekanalına istinadən xəbər verir ki, Batumidə həm stadionun daxilində, həm də xaricində "Beşiktaş" azarkeşlərinə qarşı müdaxilələr olub.

Məlumata görə, stadiondan kənarda gürcü hərbçiləri bəzi azarkeşləri huşlarını itirənədək döyüblər. Sərfəli qiymətə məhsullar

Stadionda isə Fələstin bayrağı açan "Beşiktaş" azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib. Oyunun 25-ci dəqiqəsində tribunada qarşıdurma yaranıb. Gürcüstan polisi gözyaşardıcı qazdan istifadə edib.

Tribunada baş verən hadisələrdən sonra "Beşiktaş"ın bir azarkeşi xərəklə təcili tibbi yardım avtomobilinə aparılıb. Komandanın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışsalar da, qarşıdurmanın miqyası getdikcə genişlənib.

Nəticədə oyun yarımçıq dayandırılıb, hakimlər və hər iki komandanın futbolçuları paltardəyişmə otaqlarına yollanıblar.

***

UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən "Beşiktaş" - "Hapoel Beer-Şeva" qarşılaşması yaranan qarşıdurmadan sonra bərpa olunub.

Qarşılaşmanın 25-ci dəqiqəsində Fələstin bayrağı açan "Beşiktaş" azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib və gözyaşardıcı qazdan istifadə edib.

Tribunada yaranan gərginlik səbəbindən hakimlər və hər iki komandanın futbolçuları meydanı tərk edərək paltardəyişmə otaqlarına yollanmışdılar.

***

"Beşiktaş" klubunun prezidenti Serdal Adalı "Hapoel Beer-Şeva" ilə oyundan sonra Batumidə baş verən hadisələrlə bağlı açıqlama verib.

Adalı hadisələrdən sonra klub rəhbərliyi ilə əlaqə saxlayaraq məlumat alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və dəstək göstərən rəsmilərə təşəkkür edib.

Klub prezidenti komandanın Batumiyə çətinliklə çatdığını, səfər zamanı təşviş yaşandığını bildirib. Onun sözlərinə görə, futbolçular Rizedən Batumiyə avtomobillə gediblər.

Adalı Gürcüstan polisinin azarkeşlərə qarşı güc tətbiq etməsini pisləyib. O, xəsarət alan iki azarkeşin müalicədən sonra xəstəxanadan buraxıldığını, 10-dan çox azarkeşin isə saxlanıldığını bildirib. Klub rəhbəri saxlanılan azarkeşlərin də Türkiyəyə qaytarılması üçün çalışacaqlarını vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью