Beşiktaş ın AL də rəqibləri bəlli oldu

28.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasında 2026/27 mövsümünün liqa mərhələsinin püşkatma mərasimi bu gün keçirilib.

Fanat.Az xəbər verir ki, püşkün nəticələri Monakoda keçirilən tədbirdə bəlli olub.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Türkiyənin turnirdəki təmsilçisi "Beşiktaş"ın da liqa mərhələsindəki rəqibləri müəyyənləşib. IV səbətdə yer alan İstanbul klubu ev oyunlarında "Marsel", "Yunion SG", "Kristal Pelas" və "Hapoel"lə (Beer-Şeva) qarşılaşacaq. "Ağ-qaralar" səfər matçlarında isə "Bayer Leverkuzen", "Seltik", "Omoniya" və "Hoffenhaym"la üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasının liqa mərhələsində ilk görüşlər sentyabrın 16-17-də keçiriləcək.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью