Beşiktaş ın futbolçusu Rusiyanı seçdi Detallar

28.07.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Beşiktaş”ın 27 yaşlı futbolçusu Bəxtiyor Zaynutdinov Rusiyanın “Dinamo Moskva” komandasına transfer olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məsələ ilə bağlı “Beşiktaş” belə açıqlama verib:

“Peşəkar futbolçumuz Bəxtiyor Zaynutdinovun son transferi ilə bağlı “Dinamo” klubu ilə razılıq əldə olunub. Ona klubumuza verdiyi töhfələrə görə təşəkkür edirik”.

Qeyd edək ki, “Beşiktaş”ın heyətində 49 matça çıxan Bəxtiyor Zaynutdinov bu müddətdə komandasına 1 qol və 1 məhsuldar ötürmə qazandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью