Beşiktaş ın futbolçusunu Lids istəyir

30.04.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Beşiktaş"ın futbolçusu Milot Raşitsa yeni sezondan İngiltərə Premyer Liqasında oynaya bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosovolu futbolçu “Lids”in maraq dairəsindədir.

Bu sezon Çempionşipdə mübarizə aparan və yeni sezon Premyer Liqada oynamağa haqq qazanan “Lids” Raşitsa üçün “Beşiktaş”la danışıqlara başlayıb.

28 yaşlı futbolçu 2023-cü il avqustun 16-dan İstanbul klubunda oynayır. Onun “qara qartal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Milot “Vuştriya”(Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray”(Türkiyə) klublarında çıxış edib.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью