Beşiktaş ın hücumçusu Premyer Liqa klubuna keçir

23.01.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

"Beşiktaş"ın hücumçusu Temmi Abraham ölkəsinə qayıdacaq.

Apasort.az xəbər verir ki, "Aston Villa" ingiltərəli futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa klubu 28 yaşlı forvard üçün İstanbul təmsilçisinə 21 milyon avro təzminat ödəyəcək. "Aston Villa" həmçinin, müdafiəçi Yasin Özcanı da transfer hüquqları ilə birlikdə Türkiyə klubuna verəcək.

Qeyd edək ki, "Beşiktaş" Temmi Abrahamı mövsümün əvvəlində "Roma"dan transfer edib. İngiltərə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ərəblər "Real"ın futbolçusunu istəyir: milyardlıq təkif “Roma” Avropada seriyanı davam etdirir: "Ştutqart" da dayandıra bilmədi Çempionlar Liqasının ən yaxşı futbolçularının reytinqi - Siyahı Unay Emeri adını tarixə yazdırıb Şimanski rəsmən “Renn”də
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью