Beşiktaş ın kapitanı Türkiyə millisinin düşərgəsini tərk etdi

30.09.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Orkun Kökçü "ay-ulduzlular"ın düşərgəsini tərk edib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş"ın kapitanı ayaq barmağındakı ağrılar artdığı üçün yığmadan ayrılıb. 25 yaşlı yarımmüdafiəçi müalicə olunmaq üçün klubunun düşərgəsinə yollanıb.

Qeyd edək ki, Türkiyə milli komandası UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçikanın, 5-də isə İtaliyanın qonağı olacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью