Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
''Beşiktaş'' öz lideri Rafa Silvanı müəyyən müddətə itirib.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı ulduz ən son çərşənbə günü 3-cü turdan təxirə salınan ''Konyaspor''la səfər matçının 57-ci dəqiqəsində əvəzlənmişdi. Həmin vaxt onun erkən əvəzlənməsi birmənalı qarşılanmasa da, indi bəlli olur ki, baş məşqçi Sərgən Yalçın bu addımı məcburiyyətdən atıbmış.
Tibbi müayinə zamanı Silvanın hər iki ayağının baldır əzələsində zədə olduğu üzə çıxıb. Onun bazar günü ''Kasımpaşa'' ilə görüşdə oynamayacağı dəqiqdi. Ancaq zədə o qədər də qorxulu deyil. ''Beşiktaş'' derbi ərəfəsində əsas ulduzunu qorumağa çalışacaq. Növbəti həftə isə derbi həftəsidi. Noyabrın 3-də 11-ci tur çərçivəsində ''Beşiktaş'' ''Fənərbaxça''nı qəbul edəcək. Qeyri-adi bir şey baş verməsə, Rafa Silva həmin oyunda meydanda olacaq.
32 yaşlı futbolçu bu mövsüm 15 rəsmi oyunda iştirak edərək aktivinə 5 qol, 3 məhsuldar ötürmə yazıb.