Beşiktaş ın Rafa Silva ilə bağlı yeni planı

18.12.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Beşiktaş'' məşqlərdə iştirak etməsinə baxmayaraq rəsmi oyunlarda komandaya kömək etməyən və qışda ayrılmaq istəyən Rafa Silva ilə mümkün qədər maddi gəlir əldə edərək vidalaşmağın yollarını axtarır.

"Football-plus.az" xəbər verir ki, bir müddət öncə başqan Sərdal Adalı qışda bu futbolçunu 15 milyon avrodan aşağı məbləğə buraxmayacaqlarını yenidən dilə gətirmişdi.
Bu arada İstanbul nəhəngi Rafa Silvanın ''Benfika''ya keçməyə can atmağından istifadə edərək yeni bir plan düşünüb. Məlum olduğu kimi ''qartal'' bu yay 25 milyon avroya ''Benfika''dan Orkun Kökçünü transfer edib. Bu pulun böyük hissəsi hələ ödənilməyib. ''Beşiktaş'' qarşı tərəfə Rafa Silva qarşılığında borcdan 10 milyon avronun silinməsini təklif edəcək. Lissabon nəhənginin bu təklifə necə cavab verəcəyi maraq doğurur.
Qarşı tərəf buna razılaşmasa, ''Beşiktaş'' Rafa Silvanın ora gedişinə icazə verməyəcək. Hər halda təcrübəli futbolçunun ''ağ-qaralar''la 2027-ci ilə qədər müqaviləsi olduğundan onun ayrılması üçün klubun da razılığı olmalıdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью