Icma.az, Sportal.az portalına istinadən məlumat verir. Kanada millisinin və “Malyorka”nın hücumçusu Kayl Larin Türkiyəyə qayıtmağa yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Başakşehir” 29 yaşlı forvardı yayda heyətinə qatmaq istəyir.
Bununla bağlı isə Superliqa klubunun rəhbərliyi “Malyorka” ilə danışıqlara start verib.
Larin “Siqma”(Kanada), “Orlando Siti”(ABŞ), “Beşiktaş”(Türkiyə), “Zulte-Varegem”, “Brügge”(hər ikisi Belçika), “Valyadolid”(İspaniya) klublarında da oynayıb və 2023-cü ildən “Malyorka”da çıxış edir.
Onun İspaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.