Beşiktaş ın sabiq ulduzu komandanın indiki durumundan narazıdı

16.12.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Beşiktaş''ın tarixində iz buraxmış isimlərdən olan Rikardo Kuareşma vətəni Portuqaliya mətbuatına diqqətçəkən acıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, sabiq ulduz İstanbul nəhənginin heyətində iki fərqli dönəmdə çıxış edərək 37 qol, 43 məhsuldar ötürmə ilə fərqlənib və 3 titul qazanıb.
''Qartal''ın indiki durumundan məmnun olmadığını dilə gətirən 42 yaşlı Kuareşma ''Rekord'' nəşrinə bunları deyib:

''Düzünü desəm, üzgünəm. Çünki ''Beşiktaş'' əsas hədəfindən, yəni çempionluq mübarizəsindən çox uzaqdı. Nə heyətdən zövq alıram, nə də sərgilənən futboldan. Məncə, klub artıq həm oyunçu, həm də məşqçi seçimində çox diqqətli davranmalıdı. Bir azarkeş olaraq klubun bu cür dönəmdən keçdiyini görmək asan deyil. Amma futbolda belə enişlər və yüksəlişlər olur. Ümid edirəm ki, gələn mövsüm ''Qalatasaray''la çempionluq mübarizəsi aparmağa qadir olan bir ''Beşiktaş'' izləyəcəyik. ''Fənərbaxça''nın da ''Beşiktaş''dan çox irəli getdiyini söyləyə bilmərəm. Çünki onlar da yaxşı çıxış etmirlər. Ancaq ''Qalatasaray'' Türkiyə daxilində çox güclü görünür. Dediyim kimi ''Beşiktaş''ın heyət və məşqçi seçimi bir azarkeş kimi məni məmnun etmir''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью