Icma.az, Fanat portalına istinadən məlumat verir.
Türkiyənin "Beşiktaş" klubunda icarə əsasında çıxış edən Temmi Abraham karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az "Aston Villa" klubu hücumçunu heyətinə cəlb edib.
İngiltərə klubunun mətbuat xidməti keçidi rəsmən elan edib.
İngiltərəli futbolçunun transfer qiyməti 21 milyon avro olub.
Abraham 2018/19 mövsümündə komanda Premyer Liqaya yüksələndə "Aston Villa"da oynayıb və 26 qol vurub. Birmingem klubundan ayrıldıqdan sonra o, "Çelsi" ilə Çempionlar Liqasını qazanıb və daha sonra "Roma"nın Konfrans Liqasını qazanmasına kömək edib. "Beşiktaş" 28 yaşlı forvardı icarəyə götürmüşdü.
İstanbul nəhənginin heyətində bütün turnirlərdə 12 qol vuran Abraham Türkiyə Super Liqasında 18 oyunda 7 qolla yadda qalıb.