Beşiktaş ın yeni transferindən nümunəvi addım

31.07.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Beşiktaş"ın heyətinə qatdığı yeni ulduzu Leandro Trossard azarkeşlərin rəğbətini qazanacaq addım atıb.

Fanat.Az xəbər verir ki, normal şərtlərə əsasən 6 avqusta qədər icazəsi olan belçikalı vinger məzuniyyət hüququndan istifadə etməmək qərarı verib.

Təcrübəli futbolçu öz istəyi ilə İstanbula vaxtından əvvəl gələrək komandanın 3 avqustda keçiriləcək məşqində iştirak edəcək.

Trossardın bu fədakarlığı komandaya tez uyğunlaşmaq və mövsümə tam hazır başlamaq istəyindən irəli gəlir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью