“Beşiktaş” İngiltərə klubunun futbolçusu ilə anlaşıb

06.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirir.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi Kot-d'İvuardan olan Emmanuel Aqbadu ilə anlaşıb.

Müdafiəçinin transferi ilə bağlı futbolçu və onun hazırda çıxış etdiyi İngiltərənin "Vulverhempton" komandası ilə danışıqları müsbət yekunlaşdırıb.

Emmanuel Aqbadu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью