“Beşiktaş” İsrail komandası ilə harda oynayacaq?

07.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının liqa mərhələsində keçiriləcək “Beşiktaş” – “Hapoel” (Beer-Şeva, İsrail) qarşılaşmasının məkanı dəyişdirilə bilər.

Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisinin noyabrın 26-da evdə keçirməli olduğu oyunun Gürcüstanda təşkil ediləcəyi iddia olunur.

Jurnalist Mehmet Arslan “Libre Sports”un “YouTube” kanalında yayımlanan proqramda görüşün Gürcüstanın Batumi şəhərinə salınacağını bildirib:

“Türkiyə klubları İsrail təmsilçiləri ilə qarşılaşmalarını neytral meydanlarda, ölkə xaricində keçirirlər. “Beşiktaş” da noyabrın 26-da “Hapoel” ilə matçını Batumidəki 20 min nəfərlik stadionda oynayacaq. Ehtimal olunur ki, Serdal Adalı bu addımı atmamışdan öncə dövlət başçısının də rəyini öyrənib və razılıq alındıqdan sonra qarşılaşma Gürcüstana həvalə olunub”..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью