Beşiktaş italiyalı futbolçu ilə yollarını ayırdı

28.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Şer Ndurla yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" italiyalı yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verib. Klub yaxın zamanda rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, "Beşiktaş" Şer Nduru yayda PSJ-dən bir mövsümlük icarəyə götürmüşdü. 20 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью